İnsanlara hürriyət, millətlərə istiqlal!

"Pandemiya uşaq peyvəndlərinə inamı 44 faiz azaldıb" - UNICEF

291 20.04.2023 10:44 Son xəbər A A

COVID-19 dövründə dünyada uşaq peyvəndlərinə inam azalıb.

AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) "Dünya Uşaqlarının Vəziyyəti 2023: Hər Uşaq üçün Peyvənd” adlı hesabatında qeyd edilib.

Hesabata əsasən, 2019-2021-ci illərdə 67 milyon uşağın bütün peyvəndlər almadığı, 48 milyon uşağın isə ümumiyyətlə peyvənd olunmadığı bildirilib. Uşaqların peyvənd nisbətlərinin azalmasında əsas amillər təzyiq altında olan səhiyyə sistemləri, resursların azalması və başqa yerlərə köçürülməsi, qarşıdurma və inamın azalmasıdır. Belə ki, COVID-19 dövründə uşaq peyvəndlərinə inam 44 faiz enib. Bu isə əsasən araşdırmanın aparıldığı 55 ölkədən 52-də əhəmiyyətli dərəcədə müşahidə edilib.

Bunun bir böhran olduğuna diqqət çəkən hesabat, hökumətləri peyvənd maliyyələşdirməsini artırmağa və xəstəliyin yayılmasının qarşısını almaq və uşaqları qorumaq üçün lazımi qaynaqları təmin etməyə çağırıb.

UNICEF-in İcraçı Direktoru Ketrin Rassel “Biz adi peyvənddən asılılığın pandemiyanın qurbanı olmasına icazə verə bilmərik” deyə qeyd edib. Vəziyyətin həyəcanverici olduğuna diqqət çəkən Russell belə davam edərsə, peyvəndlə qarşısı alına biləcək xəstəliklərin uşaq ölümlərinə səbəb ola biləcəyi xəbərdarlığını edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR