İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan "Taliban"ın ikinci adamını məhv etdi – xüsusi əməliyyat nəticə verdi

881 31.10.2025 13:55 Dünya A A

Pakistanın Xayber-Paxtunxva əyalətinin Bacur bölgəsində keçirilən xüsusi kəşfiyyat əməliyyatı nəticəsində “Təhrik-e Taliban Pakistan” (TTP) hərəkatının lider müavini və “müdafiə naziri” Qari Əmjad (Mufti Muzahim) məhv edilib.

Musavat.com xəbər verir ki, yerli mediaya görə, əməliyyat cümə axşamı səhər saatlarında həyata keçirilib. Muzahimin son dəfə 2025-ci il oktyabrın 17-də Bacurda göründüyü bildirilib.

ABŞ Dövlət Departamenti onu 2022-ci ilin noyabrında beynəlxalq terrorçular siyahısına daxil etmişdi.

Ekspertlər Muzahimin zərərsizləşdirilməsini TTP-nin regiondakı fəaliyyətinə ağır zərbə və Pakistanın antiterror əməliyyatlarında mühüm uğur kimi dəyərləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR