İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Çin şirkətlərindən BUNU istəyəcək

591 21.07.2024 20:17 Dünya A A

Pakistan bu ay ölkədə fəaliyyət göstərən Çin elektrik stansiyalarından idxal kömüründən deyil, yerli Tar bölgəsində istehsal olunan kömürdən istifadəyə keçməyi xahiş edəcək.

Musavat.com xəbər verir ki, bu məlumatı Pakistanın energetika naziri Avays Leqari “Reuters”ə açıqlayıb.

Nazir bildirib ki, Pekinə səfəri zamanı həmçinin Pakistanın enerji sektoru borcunun restrukturizasiyası ilə bağlı danışıqlara başlaya bilər. Leqari keçən həftə 7 milyard dollar yardım ayırmağa razılaşan Beynəlxalq Valyuta Fondunun (BVF) təklif etdiyi enerji sektorunda struktur islahatlarını müzakirə edəcək nümayəndə heyətinin tərkibində olacaq.

Avays Leqari qeyd edib ki, Çin Pakistanda dəyəri 20 milyard dollardan çox olan enerji layihələrini başa çatdırıb:

“Əməkdaşlığın əsas məqsədlərindən biri xaricdən gətirilən kömürün ölkəmizdə istehsal olunan kömürlə əvəzlənməsidir. Bu, yaxın gələcəkdə enerji xərclərinə böyük təsir göstərəcək. Deməli, bu, gündəmin ən vacib bəndlərindən biridir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR