İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan 180 tələbəsini xüsusi təyyarə ilə Bişkekdən çıxarıb

1426 20.05.2024 14:10 Dünya A A

Qırğızıstanın paytaxtında baş verən iğtişaşlardan sonra ilk 180 pakistanlı tələbə evlərinə qayıdıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, onlar xüsusi reyslə Bişkekdən çıxarılıblar.

"Xüsusi KA571 reysi Qırğızıstandan 180 pakistanlı tələbədən ibarət ilk partiyanı gətirərək Lahor hava limanına təhlükəsiz eniş edib", - yerli media orqanı PTV News bildirib.

Tələbələri hava limanında daxili işlər naziri Möhsin Nəqvi qarşılayıb.

Xatırladaq ki, mayın 13-də Bişkekdə əcnəbilərin yaşadıqları hostellərdən birinin həyətində onların iştirakı ilə kütləvi dava olub. Əcnəbilər bir neçə yerli sakini döyüblər.

Mayın 17-də axşam Bişkekdə bir neçə yüz kişi, baş verənlərdən narazı qalan gənclər əcnəbilərə hücum ediblər. Polis mühasirəyə alıb və iğtişaşların qarşısını almağa çalışıb.

Xaricilərə qarşı kortəbii etiraz aksiyası yalnız mayın 18-də səhər saatlarında başa çatıb. Polis etirazçılarla razılığa gələ bilib və onlar Çuy prospektini açıb, bir az sonra dağılışıblar.

Hücuma məruz qalanların arasında Pakistan, Banqladeş, Misir və Hindistandan gələn miqrantlar olub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR