İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünüzü bərpa etməyin mükəmməl sirri – Cəmi bir neçə sadə vərdiş

1028 29.06.2026 02:03 Maraqlı A A

Stress və tükənmişlik hissi ilə mübarizə aparmaq üçün mütəxəssislər gündəlik həyat tərzində kiçik dəyişikliklər etməyi tövsiyə edirlər.

Musavat.com xəbər verir ki, mütəxəssislərin fikrincə, keyfiyyətli yuxu üçün otaq temperaturunun 18–20 dərəcə arasında olması tövsiyə edilir. Havanın isti keçdiyi günlərdə isə axşam saatlarında otağın havalandırılması və yatmazdan ən azı bir saat əvvəl telefondan uzaq durmaq faydalıdır.

Yatmazdan əvvəl 300–400 milliqram maqnezium qlisinat qəbulunun sinir sistemini rahatlaşdırdığı və yuxunun keyfiyyətini yaxşılaşdırdığı bildirilir.

Həmçinin oyandıqdan sonra ilk 60–90 dəqiqə ərzində 30–40 qram zülal qəbul etmək məsləhət görülür. Bunun üçün yumurta, kəsmik və ya yunan yoqurtu uyğun seçim sayılır. Qəhvəni isə səhər yeməyindən sonra içmək tövsiyə olunur.

Səhər oyandıqdan dərhal sonra 10–15 dəqiqə gün işığında qalmaq orqanizmin bioloji saatını tənzimləyir və axşam daha rahat yuxuya getməyə kömək edir.

Bundan əlavə, həftədə bir neçə dəfə 15 dəqiqə isti vanna və ya saunadan istifadə bədənin rahatlamasına və bərpa prosesinə müsbət təsir göstərə bilər. Ürək-damar xəstəlikləri olan şəxslərə isə bu üsullardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR