İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünə qəsd edən 13 yaşlı qızın görüntüləri - VİDEO

1964 01.09.2023 22:07 Hadisə A A

Xəbər verdiyimiz kimi, dünən Xırdalan şəhərində daha bir yeniyetmə qız intihar edib.

Musavat.com news24.az-a istinadən xəbər verir ki, intihar edən yeniyetmə 13 yaşlı Aydan Hacıağazadədir. Hadisə şahidlərinin verdiyi məlumata görə, o, 13-cü mərtəbədən özünü ataraq intihar edib. İntiharın baş verdiyi bina yeniyetmənin yaşadığı bina olmayıb. 13-cü binanın eyvanında qızın məktəbli çantası və məktubu tapılıb. Yeniyetmə qız intihar etməzdən əvvəl məktub yazıbmış. Hadisə yerinə gələn istintaq qrupu qızın yazdığı məktubu götürsələr də mətni açıqlamayıblar. Onun ailə problemləri səbəbindən intihar etdiyi iddia edilir.

Qeyd edək ki, bu, son günlər Xırdalanda baş verən 3-cü intihar hadisəsidir. İntihar edənlərin hamısı yeniyetmə qızlar olub.

Referans.az 13 yaşlı Aydanın görüntülərini təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR