İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəl məktəbdə qalmaqal - Valideyn sənədləri götürərək qaçdı (ANBAAN VİDEO)

1119 17.09.2022 16:12 Hadisə A A

İstanbulda xüsusi məktəbdə oxuyan övladının qeydiyyatını ləğv etmək istəyən şəxsdən illik təhsil haqqının yüzdə 10-u istənilib.

Musavat.com xəbər verir ki, rüsumu ödəmək istəməyən valideyn mühasibdən qeydiyyat sənədini alaraq qaçıb.

Məktəb rəsmiləri isə sənədi götürüb qaçan valideyndən şikayət edib. Valideynin sənədi götürüb qaçdığı an təhlükəsizlik kamerasına əks olunub.

Məktəbin müdiri Faiq Birgül hadisə haqqında bunları deyib: "Valideyn övladının məktəbini dəyişmək istəyirdi. Telefonla mənə zəng etdi və mən də uyğun hesab etdim, dedik ki, heç bir problemimiz olmayacaq. O, vəkili və uşağın müəllimi ilə də görüşüb. Vəkil ona müqaviləni bizdən alacağı təqdirdə 10% ləğv haqqı ödəməli olduğunu bildirib".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR