İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəklərə ABŞ-a 24 min dollarlıq iş vizası vəd edən dələduzlar saxlanılıb

465 06.01.2024 17:41 Dünya A A

Özbəkistan sakinlərini külli miqdarda pul qarçılığında ABŞ və İngiltərəyə işləməyə göndərəcəyini vəd edən vətəndaşlara qarşı cinayət işi açılıb.

Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğu yanında iqtisadi cinayətlərə qarşı mübarizə aparan idarədən məlumat yayılıb.

Bildirilir ki, iki vətəndaş Özbəkistan sakinlərini Meksika sərhədindən keçirərək Amerikaya işləməyə göndərəcəklərini vəd edib və dələduzluq yolu ilə onlardan 24 min dollar alıb. Hər iki dələduz saxlanılıb.

Bundan başqa, Cizzaxda keçirilən əməliyyat tədbiri zamanı həmyerlisini mövsümi iş üçün Türkiyə vasitəsilə İngiltərəyə göndərəcəyini vəd edən vətəndaş cinayət başında yaxalanıb. Fırıldaqçı göstərdiyi xidmətlərə görə 2,5 min dollar istəyib.

Hər iki faktla bağlı dələduzluq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Onu da qeyd edək ki, Özbəkistanda işsizlik problemi olduğu üçün ölkə sakinləri Rusiya, Qazaxıstan, Cənubi Koreya, Türkiyə və Avropa ölkələrində iş tapmaq üçün hər yola əl atırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR