İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə Buxara vilayət Azərbaycan diaspora təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

395 29.04.2022 14:14 Mədəniyyət A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Buxara şəhəri üzrə Azərbaycan diaspora təşkilatının rəhbəri, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Kamran Babayev arasında görüş keçirilmişdir.

Görüşdə milli mədəniyyətimizin Özbəkistanda tanıdılması, Buxara vilayəti üzrə yerli diaspora təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirə aparılmışdır.
Buxara vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Kamran Babayev təşkilat üçün Özbəkistan dövləti tərəfindən xüsusi şəraitinin yaradıldığını qeyd edərək, milli mədəniyyətimizin təbliği üçün əyani vasitələrə ciddi ehtiyacın olduğunu bildirib.

Görüşün nəticəsi olaraq Azərbaycan Mədəniyyət Mərkəzi Buxara vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə tədbirlərdə istifadə və təbliğat üçün ölkəmizə dair zəngin kitab kolleksiyası əvəzsiz olaraq hədiyyə edib.

Kolleksiyaya Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı Özbək dilində” layihəsi ilə nəşr olunan kitablar, Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair çoxsaylı nəşrlər daxil edilib. Hədiyyə kitablar arasında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, habelə Heydər Əliyev Fondunun layihəsi ilə ölkəmizə dair çap olunan vəsaitlər yer alıb.

Bundan başqa, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, Azərbaycan mədəniyyətinə dair “İRS НАСЛЕДИЕ” və “БАКУ” jurnalları, Azərbaycan musiqisinə dair disklər kolleksiyaya daxil edilmişdir.
Cari ilin payız aylarında Özbəkistanın tarixi Buxara şəhərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsi razılaşdırılıb.

Görüşdə Daşkənd vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Qalib Müslümov iştirak edib.

Qonaqlar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanası, muzeylərini ziyarət edib, Mərkəzin layihələri, nailiyyətləri ilə tanış olublar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR