İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda “İslam dövləti” qurmaq istəyən şəxsə 6,5 il həbs cəzası verilib

398 06.01.2024 14:25 Dünya A A

2023-cü ilin martında Özbəkistan hüquq-mühafizə orqanlarının əməkdaşlarının 9 ildir axtardığı dini ekstremist hərəkatın üzvü, Margilan sakini Abduhadi Abdurəhmanov Türkiyə polisi tərəfindən tutularaq Özbəkistana ekstradisiya edilib.

Musavat.com podrobno.uz saytında istinadla xəbər verir ki, istintaq Abduhadi Abdurəhmanovun 2010-2012-ci illərdə Rusiyada işləyərkən dini radikal cərəyanın təsiri altına düşdüyünü və onun üzvü olduğunu müəyyən edib. Sonra o, Fərqanədə qardaşı və digər vətəndaşların daxil olduğu oxşar təşkilat yaradıb. A.Abdurəhmanov görüşlərdə fəal iştirak edərək, “Cihadçılar” dini ekstremist hərəkatının və digər radikal dini təşkilatların ideyalarını dəstəkləyənlərin mühazirələrini və videoçarxlarını müzakirə edib.

Abdurəhmanovun məqsədi Özbəkistanda “İslam dövləti” qurmaq, Suriyaya mühacirət etmək, “cihad” müharibələrində iştirak etmək və “şəhid” olmaq olub.

2014-cü ildə sosial şəbəkələr vasitəsilə o, Türkiyədə olan qardaşı ilə əlaqə saxlayıb və onun dəvəti ilə Rusiyadan Türkiyəyə mühacirət edərək “cihad” döyüşlərində iştirak edib, “din qardaşlarına” kömək edib. O, qardaşı ilə birlikdə cinayətkar təşkilatın üzvlərinə pul göndərərək, onların Suriyaya köçməsinə köməklik edib. Onun bir qrup özbəyi Moskvada mitinqlərə gətirib, onları “cihada” çağırması epizodları da məlum olub.

Hüquq-mühafizə orqanları ekstremist təşkilatın üzvlərinin evindən Özbəkistanda qadağan olunmuş dini cərəyana aid materialları sübut kimi götürüblər.

Məhkəmənin hökmü ilə Abduhadi Abdurəhmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR