İnsanlara hürriyət, millətlərə istiqlal!

Övladları 1-ci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ: Mayın 11-dən ...

650 19.04.2023 16:03 Son xəbər A A

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Musavat.com xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Uşaqların qeydiyyatı mayın 11-i saat 11.00-dan başlayacaq. Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (15 may saat 11.00), tədris digər dillərdə aparılan bölmələrə uşaqların qəbulu ilə bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat (15-31 may), həmçinin Bakı Avropa liseyi, respublika incəsənət gimnaziyası və bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə I siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat (15 may-27 iyun) mayın 15-i saat 11.00-dan başlayacaq.

Qəbul prosesi ilə bağlı digər mərhələlər barədə əlavə məlumat veriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR