İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovannisyan: “Danışıqlar başa çatıb, diplomatiya işləmir, eskalasiya ehtimalı var”

1178 07.09.2023 18:02 Region A A



“Hazırda Ermənistan və Qarabağ (mətndə uydurma bir ad işlədilib-red.) ətrafında gedən proseslər yalnız bir şeyə - müharibəyə aparır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Alternativ Layihələr qrupunun üzvü, keçmiş deputat Vahe Ovannisyan danışıb.

Vahe Ovannisyan Ermənistanda qatı revanşist ekspertlərdən sayılır.

“Bu proseslər bir gecədə formalaşmayıb, erməni diplomatiyasının silsilə səhvlərinin nəticəsidir. Yol verilən səhvlər danışıqlar prosesinin mahiyyətini təhrif edib”,-deyə erməni politoloq bildirib.

Onun iddiasına görə bu səhvlər Azərbaycanda “şişirdilmiş gözləntilər” formalaşdırıb. Söhbət Qarabağ və 8 anklav kənddən gedir ki, bu ərazilər “qeyri-müəyyən mandat” əsasında Nikol Paşiyan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Bu müddəalar danışıqlar prosesinin əsas hekayəsinə çevrilib və ona görə də Bakının nöqteyi-nəzərindən Azərbaycanla sülh müqaviləsinə daxil edilməlidir. Bunu açıq şəkildə dilə gətirən vasitəçilər də qeydə alıblar.

“Düşmən ölkə (Azərbaycan-red.)  Ermənistanın bütün bunları sülh müqaviləsi ilə təmin etməməsi halında, müharibəyə başlayacağını bildirir. Buraxılmış səhvlər və danışıqlara yanlış məzmun verilməsi səbəbindən müzakirələr mahiyyətcə başa çatır, diplomatiya işləmədikdə isə yeni eskalasiya və müharibə təhlükəsi artır”,-deyə revanşist erməni ekspert qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR