İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il qlobal yaxta biznesi böyük zərərə düşüb

341 18.04.2024 23:17 Dünya A A

Keçən il dünyada superyaxtaların satışları kəskin azalıb.

Bunun səbəbləri olaraq uzun növbələr, qiymət artımı, eləcə də rus oliqarxlarına qarşı sanksiyalar qeyd edilir.

Musavat.com xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Nəşrin istinad etdiyi SuperYacht Times hesabatına görə, yeni superyaxtaların (uzunluğu 100 futdan çox olan) satışları keçən il 17 faiz azalıb.

2022-ci ildə bu rəqəm 245 ədəd olduğu halda, ötən il cəmi 203 yeni superyaxta satılıb. 2021-ci illə müqayisə etsək, fərq daha da böyük olar, çünki o zaman 313 superyaxta satılmışdı.

Ən çox uzunluğu 200 metrdən çox olan böyük superyaxtalar bazarı zərər çəkib: onların satışında azalma ümumilikdə 40 faiz təşkil edib. Bunun əsas səbəbi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və ruslara qarşı sanksiyalardır. Belə ki, rus oliqarxlar adətən çox böyük və ən üstün rahatlığı təmin edən yaxtaları alırdılar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR