İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oskar"dakı dava araşdırılacaq

634 29.03.2022 10:05 Gündəm A A

ABŞ Kino Akademiyası lazımi tədbirləri görmək üçün "Oskar" mükafatının təqdim etmə mərasimi zamanı Uill Smitin Kris Roka hücumu ilə bağlı insidenti araşdıracaq.

Musavat.com Trend-ə istinadən bildirir ki, bu barədə akademiyanın yaydığı açıqlamada bildirilib.

"Akademiya Cənab Smitin hərəkətlərini qınayır. Biz rəsmi olaraq insidentlə bağlı araşdırmaya başlamışıq və qaydalarımıza və standartlarımıza uyğun olaraq sonrakı addımları və baş verənlərin nəticələrini araşdıracağıq", - deyə qeyd olunub.

Qeyd edək ki, ötən gün U.Smit onun həyat yoldaşının xəstə olması ilə bağlı pis zarafat etdikdən sonra canlı TV-də K.Rokun üzünə sillə vurdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR