İnsanlara hürriyət, millətlərə istiqlal!

Orbanın Türkiyə etirafı GÜNDƏM OLDU FOTO VİDEO

2055 19.12.2023 11:07 Dünya A A

Macarıstanın baş naziri Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Macarıstanın baş naziri ölkəsi ilə Türkiyə arasında ikitərəfli əlaqələrin əhəmiyyətinə diqqət çəkib.

Orbanın sözlərinə görə, Türkiyə olmadan Macarıstanın təhlükəsizliyi yoxdur. Macarıstanı təhdid edən miqrasiya təhlükəsi Türkiyəsiz dayandırıla bilməz.

"Bu gün əlaqələrimizi hərtərəfli strateji əməkdaşlığa yüksəltmişik. Bundan daha yüksək bir şey varmı, bilmirəm. Diplomatik dillə desək, dostluq və qardaşlıq baxımından ən güclüsü budur”, - o deyib.

Baş nazir Türkiyənin gələcək əsr üçün irəli sürdüyü layihələrin əhəmiyyətinə toxunub.

"Gələcək əsr üçün çox böyük bir layihə irəli sürdünüz. Gələcək əsr sizin olacaq. Biz buna inandıq, müqavilələr bağladıq”, - deyə Orban Ərdoğana müraciətində deyib.

Rəsmi olaraq 21-ci dəfə görüşdüklərini ifadə edən Orban iki ölkə arasında ticarət həcminin iki dəfə artdığını vurğulayıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR