İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onun məqsədi bəlli deyil, təzyiq göstərməliyik" - ŞOK

692 11.12.2023 16:07 Dünya A A

 

"ABŞ-ın bu dəhşətli müharibəni davam etdirməsi üçün Netanyahuya daha 10 milyard dollar verməsi məsuliyyətsizlik olardı".

Musavat.com “The Hill”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ senatoru Bernie Sanders deyib.

Sanders Qəzzada didərgin düşmüş 1,9 milyon insanın heç bir qida və tibbi ləvazimat olmadan mübarizə apardığını bildirib və mülki şəxslərin müdafiəsi üçün şərtlər müəyyən edilmədən İsrailə əlavə yardımların edilməməsinin vacibliyini vurğulayıb.

Qəzzadakı vəziyyəti "humanitar fəlakət" olaraq xarakterizə edən Sanders qeyd edib ki, ABŞ İsrailə təzyiq göstərməlidir: "ABŞ Netanyahuya hərbi yanaşmanı dayandırmasını söyləməsi üçün bütün təzyiqləri göstərməlidir".

Senator bir daha bəyan edib ki, İsrailin özünü müdafiə etmək hüququ var, lakin Qəzzada dinc əhaliyə qarşı müharibə aparmaq hüququ yoxdur.

Bundan əlavə, Sanders bildirib ki, Netanyahunun Qəzzaya qarşı məqsədi bəlli deyil.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR