İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onların əsl siması üzə çıxdı, qan ilə dolu..." - ŞOK

2348 17.12.2023 09:15 Dünya A A

“Xalqımız döyüş meydanında əldə etdiyimiz uğurlarla müqavimət göstərməyə davam edir. Bu vəziyyət dünyanın bir çox ölkəsini öz münasibətlərini dəyişməyə, bir çox siyasətçiləri isə İsrailin mülki vətəndaşlarımızın qanı ilə dolu bəyanatlarını qəbul etməməyə sövq edir”.

Musavat.com xəbər verir ki, bu fikirləri HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan dünən Livanın paytaxtı Beyrutda keçirdiyi mətbuat konfransında səsləndirib.

Avstraliya, Yeni Zelandiya və Kanadanın atəşkəs və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında müharibənin dayandırılması üçün səsverməyə çağıran bəyanatlarına toxunan Həmdan deyib: “Bunlar onu göstərir ki, beynəlxalq aləmdə düşmənin siması üzə çıxıb”.

O, ABŞ-ın daim dəyişən münasibətinə inanmadıqlarını qeyd edib: “ABŞ-ın münasibəti prezident Baydenə qarşıdan gələn seçkilər bahasına başa gələ biləcək böhrandan qaynaqlanır. Əgər onlar istəsəydilər, İsrailə silah tədarükünü dayandıra bilərdilər və BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməzdilər”.

HƏMAS üzvü ABŞ-ın bu işğalda, etnik təmizləmədə, qadın və uşaqların qətliamında İsraillə şərik olduğunu vurğulayıb: “Bizə qarşı bu təcavüzü rədd edən bütün Avropa ölkələrini İsrailə xalqımıza qarşı soyqırımı üçün “yaşıl işıq” yandıran ABŞ-a təzyiq göstərməyə çağırırıq”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR