İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onlar "dost atəşi" nəticəsində öldü"

1695 17.12.2023 08:00 Dünya A A

“Şücaiyyədəki münaqişə zamanı İsrail Müdafiə Qüvvələri səhvən 3 israilli girovu təhlükə olaraq müəyyən edib, nəticədə onlar atəş açıb və girovlar öldürülüb”.

Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) açıqlama yayıb.

Açıqlamada ölən 3 nəfərin oktyabrın 7-də HƏMAS tərəfindən qaçırıldığı bildirilib: “İDF dərhal hadisəni araşdırmağa başlayıb. Bura son bir neçə gündür toqquşmaların davam etdiyi aktiv döyüş zonasıdır”.

İsrailin baş naziri Benyamin Netanyahu da girovların ölümləri ilə bağlı açıqlama verib və hadisədən dərs alınacağını vurğulayıb.

İsrail ordusu dekabrın 12-də verdiyi bəyanatda Qəzza zolağında baş verən toqquşmalarda həlak olan 105 israilli əsgərdən 20-nin “dost atəşi və digər qəzalar” nəticəsində həlak olduğunu açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR