İnsanlara hürriyət, millətlərə istiqlal!

Öncə Ərdoğan, sonra Minnixanov, bu dəfə Mirziyoyev…

1579 24.08.2023 01:53 Yazarlar A A

Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfəri ilə Azərbaycana gəldi və ilk gündən bəlliydi ki, səfər çox məhsuldar olacaq.

Bakıda təntənə ilə, rəsmi dövlət törəni və dərin qardaş məhəbbəti ilə qarşılanan Mirziyoyev, Füzulidə Uluqbəy adına təhsil ocağının açılışında oldu, Şuşanı ziyarət etdi. Füzulidə və Türk dünyasının 2023-cü il paytaxtı Şuşada şəhərlərin baş planı, quruculuq işləri ilə yaxından tanış olan özbək liderin, səfər marşurutunun özü belə dosta böyük sevinc, dost ola bilməyənlərə ağır kədər bağışlayır… Qardaş Türkiyənin Cümhurbaşqanı Ərdoğan Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər etmişdi, qardaş Tatarıstanın Rəisi də işğaldan azad olunmuş bölgəmizdə olmuşdu; indi budur başqa bir türk dövlətinin başçısı Qarabağa səfər etdi! Bunlar sıradan faktlar deyil; bunlar Azərbaycan Prezidentinə, dövlətimizə, xalqımıza bəslənən yüksək qardaşlıq duyğularının gerçək siyasi, iqtisadi, mədəni (bütün əməli çalışma üzrə) sahələrdə parlaq inkasıdır.

bf4ebfbc-84f8-3093-a4cd-60fb15a0498a.jpg (102 KB)

Prezident İlham Əliyevin siyasi iradəsi, imzası qədər keçərli sözü, Azərbaycanın tarixi Zəfərinin Türk dünyasına yeni baxışlar, hədəflər qazandırması öz bəhrəsini verir. Heç nə təsadüfi deyil; burada məqsədyönlü strategiya var və o, işlək mexanizm qazanıb.

Az öncə qardaş Macarıstana növbəti dəfə uğurlu səfərdə olan Azərbaycan Prezidentinin Türk dünyasına baxışı, diqqət-qayğısı sevgi ilə peşəkarlığın, mədəni irslə diplomatiyanın ən unikal birliyini göstərir. Bəli, “Ortaq keçmişdən ortaq gələcəyə” gedən qutlu yolumuz var!

Türk dünyasının çox önəmli ölkəsi olan Azərbaycanın Türk dünyası, türk dövlət və topluluqları ilə, o cümlədən Türküstan elləri ilə bağları özəl dərəcə və yüksək əyara malikdir. 

60c995e76a8ab.jpg (93 KB)

Prezident İlham Əliyevin Türküstandakı qardaş respublikalara səfərləri, ikitərəfli, üçtərəfli və çoxtərəfli işbirliklərinin daha da möhkəmləndirilməsi yönündə fəaliyyəti, Türk Dövlətləri Təşkilatının inkişafı türkoloqların bugünkü və gələcək araşdırmalarının mövzusu olacaq.

Azərbaycan-Özbəkistan qardaşlıq, dostluq bağlarının müttəfiqlik səviyyəsinə yüksəlməsi köksümüzü qabardır. Bilirsiz, hər hansı iki türk dövlətinin dərinləşən işbirliyi bütün qardaşların işbirliyinə də bir töhfə, xidmət dəyərindədir. Biz bununla Turana yeni üfüqlər qazandırırıq. Örnəyi, yalnız azərbaycanlı, özbək işadamları, aydınları, mədəniyyət-sənət xadimləri, məmurları yaxınlaşmış olmur, sonuc etibarı ilə digər qardaşlarımızla ikitətəfli, çoxtətəfli işbirliyi platformaları daha da zənginləşmiş olur.

"Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə"də, bu qürurverici sənəddə ehtiva olunan məsələlər özlüyündə bir modeldir. - Digər qardaşlarımız, dostlarımız da öz aralarında bu modeli əsas ala bilər. Azərbaycan-Türkiyə arasındakı müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” kimi parlaq zirvə sənədindən sonra qardaşlarımızla imzalanan bir çox sənədlərin eyni ruha kökləndiyini
məmnuniyyətlə görürük. 

dc91027b-77f4-3a75-9975-7b34f9bdd407.jpg (82 KB)

Azərbaycanla Özbəkistan arasında iqtisadi bağlar, ticarət dövriyyısinin 1 milyard (!) dollara qədər yüksəldilməsi imkanları imzalar atılanadək qət edilmiş məsafələri və sənədlərin vəd etdiyi (yaxın dövr) ilkin sonuclarını da ifadə edir. Yaddan çıxan, qapsanmayan əməli çalışma sahəsi yoxdur.
Örnəyi, Azərbaycanla qardaş Özbəkistan arasında energetika, maşınqayırma, turizm, mədəni, humanitar və digər sahələrdə işbirliyinin tarixcəsi (təcrübəsi) daha böyük imkanların keçmiş yox, gələcək ünvanlı olduğunu göstərir. Əliyev-Mirziyoyev səmimi qardaşlıq-dostluq və həmkarlığı xalqlarımızın dərin qardaşlıq, dostluq bağları ilə üzvi surətdə birlik, tamlıq nümayiş etdirir.

Bizi birləşdirən başqa bir kateqoriya da var: erməni hiyləsi, təxribat, pozuculuq hərəkətləri və terrorizmi! “Ermənistan hara, Özbəkistan hara? - Onlar ki sınır qonşusu deyil, fərqli coğrafiyalardadır” deyənlər ola bilər; amma erməni harada türk varsa, oraya bədəməl maraq içindədir:
1918-ci ildə ermənilırin Fərqanədə törətdiyi cinayətlər, XX yüzilin 80-ci illərində adıyaman Qdlyanın başsız başçılıq etdiyi “pambıq işi komissiyası”nın dəhşətli cinayətləri və s. özbək xalqının yaddaşında sağalmaz yaradır. Kim deyə bilər ki, 90-cı illərdə Fərqanədə Axıska kökənli qardaşlarımızla özbək qardaşlarımız arasındakı qanlı olayları (keçmiş) SSRİ-nin dövlət idarəetmə strukturlarına zəli kimi yapışmış ermənilər (o cümlədən KQB) törətməyib?.. Məqsədmi? - Ermənilərin məqsədi bizlərə aydındır: türklər arasında istənilən ədavət onlara “zövq-səfa” verir; ikincisi, Krım türklərinin Türküstandan doğma yurda dönüş hərəkatı fonunda Axıskalıların da hərəkətlənməsi (və hərəkatlanması) Axıskada məskunlaşmış erməniləri (dünya erməniliyini) rahatsız edirdi. Bəs Axıskalıların geri dönməmişdən öncə qırılmaları, heydən və ruhdan düşmələri ermənilərdən çox kimin işinə yarayırdı?..

Bəli, Azərbaycana qarşı düşünülmüş və plan-proqramlı şəkildə pozuculuq, terrorçuluq, mənimsəmə, özününkükəşdirmə siyasəti yürüdən ermənilər, digər qardaşlarımızdan da əl çəkməmişlər. Əlbəttə, bu, sırf erməni ağlı, gücü deyildi; onlar Kremldən, anti-Türk, anti-İslam qafalı mərkəzi (SSRİ) yönətimin orta və kiçikçaplı iş icraçıları sifətindəydilər; bununla belə, özlərinin qondardığı saxta tarix, saxta “soyqırım” və “cırtdan respublika” kompleksi də onlara “ilham” verirdi. Heydər Əliyev-Şərəf Rəşidov-Dinmühəmməd Kunayev səmimi dostluq-qardaşlığı Mikoyanın balalarına travma yaşadırdı. Azərbaycan, Özbəkistan və Qazaxıstanın inkişafı ermənilərçün gözdağıydı… (Yeri gəlmişkən, Qazaxıstan da Levon Mirzoyan və digər “yan”lardan aldığı yaraları unutmayıb)… 

8751ec3d-2a33-32d8-baf6-76fb27bb44a9.jpg (140 KB)

Beləliklə, 30 illik işğal illərində də həmişə mənəvi, siyasi baxımdan Azərbaycanın yanında olan Özbəkistan Prezidenti Füzulidə ölkəsinin qardaş hədiyyəsi olan məktəbin açılışına qatılmaqla, hələ-hələ Şuşaya səfərlə özbək xalqının haqpərvərliyini, qardaşpərvərliyini bir daha göstərdi. Səfiri Şuşaya getməyən önyarğılı dövlətlər bu məqamda utanıb ayıblarına kor olsa gərək…

BAYRAĞIMIZ UCA OLSUN!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR