Space TV-də Baş direktorun müşaviri vəzifəsinə təyinat olub.
Bu vəzifə Elçin İsmayılova həvalə edilib.
Qeyd edək ki, Elçin İsmayılov “Puzzle Agency”nin təsisçisidir.
O, 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb.
Xatırladaq ki, “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Bu ilin may ayında “Space” televiziyasının təsisçisinin qərarı ilə isə Ayaz Mustafayev kanalın baş direktoru təyin olunub./Valyuta.az/







