İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümündən 11 il sonra DƏFN EDİLDİ

1463 29.06.2024 18:51 Region A A

Gənc həkimlərin yetişdirilməsi üçün cəsədini Bursa Uludağ Universiteti (BUÜ) Tibb fakültəsinə bağışlayan təqaüdçü kiçik zabit Fehmettin Saymaz 11 il sonra mərasimlə Balıkəsirdə Ayvalık rayonunda torpağa tapşırılıb.

Bursada yaşayan təqaüdçü kiçik zabit Fehmettin Saymaz 2013-cü ildə dünyasını dəyişib. Vəsiyyətinə görə Saymazın cəsədi gənc həkimlərin təhsilinə töhfə vermək üçün kadavra kimi istifadə edilib.

11 ildən sonra ailəsinin xahişi ilə Saymazın cənazəsi dəfn olunmaq üçün qardaşı Ergin Saymaz və qızları Çiğdem Saymaz Narlı və Semra Kamaya təhvil verilib.

Qızının yaşadığı Ayvalığa gətirilən Saymaz ailəsi, yaxınları, müəllimlər və yerli əhalinin iştirak etdiyi mərasimdən sonra rayon qəbiristanlığında torpağa tapşırılıb.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR