İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

399 09.06.2023 14:24 İqtisadiyyat A A

Milli Məclisdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə edilib.

Musavat.com-un xəbərinə görə, komitə sədri Tahir Mirkişili layihələr barədə danışarkən bildirib ki, qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq hazırlanıb:

“Sərəncama əsasən, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib. Sərəncamın 2.1-ci bəndində isə qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulub. Qanun layihələrinin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və BVF-nin təvsiyələrindən istifadə edilib”.

T.Mirkişili qeyd edib ki, 30 aprel 2023-cü il tarixinədək fəaliyyət göstərən 25 bankın filiallarının sayı 493-dür:

“Fəaliyyətdə olan bankların cəmi aktivləri 45,582.7 mln. manat, cəmi öhdəlikləri 39,771.3 mln. manat, balans kapitalı 5,811.4 mln. manat olub. Aprel ayında bankların kredit portfeli 1.7% və ya 341 mln. manat artaraq 20,379.6 mln. manat olub. Kredit portfelinin strukturu: a) biznes kreditləri – 54.5% (11,108 mln. manat), b) istehlak kreditləri – 29.8% (6,072.3 mln. manat), c) ipoteka kreditləri – 15.7% -dir (3,199.3 mln. manat).

Komitə sədrinin sözlərinə görə, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb: “2023-cü ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3202 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2535 mln. manatı elektron ticarətin payına düşür”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR