İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə prezidenti xahiş etdi, ulduz futbolçu qərarını dəyişdi

1351 10.05.2023 19:30 İdman A A

"Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq ölkə prezidentinin xahişi ilə Qabon millisinə qayıdacaq.

Bu barədə "Canal+" məlumat yayıb.

Qabon prezidenti Əli Bonqo Ondimba bu günlərdə Obameyanq və atası ilə görüşüb. Görüşdə o, futbolçudan milliyə qayıtmağı xahiş edib, "Çelsi"nin forvardı da razılaşıb.

O, iyunun 12-də Konqo Demokratik Respublikası ilə keçiriləcək oyunda iştirak edə bilər.

Obameyanq Qabon millisinin tarixində ən yaxşı bombardiridir. O, yığmada 73 oyun keçirib və 30 qol vurub. Obameyanq beynəlxalq karyerasını 2022-ci ildə başa vurduğunu açıqlamışdı. (Fanat.Az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR