İnsanlara hürriyət, millətlərə istiqlal!

Öldürülən polis kapitanının məzarı başında ürəkdağlayan mənzərə - VİDEO

1118 11.07.2024 11:03 Ölkə A A

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitan Fəxrəddin Nəsirovun məzarından ürək dağlayan görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda mərhum polis kapitanının oğlu atasının məzarı üzərinə güllər düzür.

Xatırladaq ki, iyulun 6-da saat 00 radələrində paytaxtın Suraxanı rayonunda axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Səlahəddin oğlu Məmmədov polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib. M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib. Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR