İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda yük avtomobili velosipedçini vurub

531 10.09.2022 21:13 Hadisə A A

Oğuz rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı yük avtomobili qarşısına çıxan velosipedçini vurub. Qəza nəticəsində velosipedi idarə edən oğlan aldığı ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR