İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda DƏHŞƏTLİ QƏZA - Bir nəfər ölüb, 4-ü xəsarət alıb

717 13.06.2023 22:27 Hadisə A A

Oğuzdakı ağır yol qəzasında bir nəfər ölüb, 4-ü xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, bu gün axşam saatlarında Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “Toyota” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Oğuz rayon sakini Abbasov İlqar Aydın oğlu aldığı xəsarətlərdən ölüb, iki nəqliyyat vasitəsində xəsarət alan ümumilikdə 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR