İnsanlara hürriyət, millətlərə istiqlal!

“O qədər pul vermişik, Messi niyə oynamadı?” - Honq-Konqda qalmaqal

1389 05.02.2024 17:15 Dünya A A

Honq-Konq hakimiyyəti Amerikanın "İnter Mayami" futbol klubu ilə Honq-Konq XI millisi arasında keçirilən yoldaşlıq görüşü zamanı hücumçu Lionel Messinin meydanda olmaması ilə bağlı ABŞ klubundab izahat tələb edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, görüş fevralın 4-də Honq-Konqdakı milli stadionunda baş tutub və 4:1 hesabı ilə “İnter Mayami”nin xeyrinə başa çatıb.

“Messinin bu gün oyunda iştirak etməməsinə gəlincə, bütün futbolsevərlər kimi hökumət də təşkilatçıların bu qərarından son dərəcə məyus olub. Təşkilatçı bütün azarkeşlərə izahat verməlidir”, – Honq Konq hökumətinin bəyanatında deyilir.

Qeyd olunur ki, müqavilənin şərtlərinə əsasən, Messinin meydanda olmaması səbəbindən iri idman tədbirlərinin keçirilməsi üzrə komitə təşkilatçılara ayrılan maliyyənin həcmini azalda bilər.

Bundan başqa, futbol əfsanəsinin oyununu canlı izləmək üçün baha qiymətə biletlər alan minlərlə honq-konqlu azarkeşlər Messinin sona qədər ehtiyat oyunçular skamyasında oturmasından hiddətləniblər, oyundan sonra pullarının geri qaytarılmasını tələb ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR