İnsanlara hürriyət, millətlərə istiqlal!

O gün Hakan Fidan da Bakıda idi…

10425 06.06.2023 11:38 Yazarlar A A

Türkiyənin yeni xarici işlər naziri MİT rəhbəri kimi Azərbaycanda bir neçə dəfə səfərdə olub; Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 2020-ci ilin 10 noyabrında...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nazirlər kabinetində dünyanın da ən çox diqqətini çəkən şəxs xarici işlər naziri təyin edilən Hakan Fidandır.

Screenshot_4.png (607 KB)

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Milli İstihbarat Təşkilatının rəhbəri kimi ilk dəfə Bakıda 2011-ci ilin fevralın 7-də olub. Bu vaxtda artıq o, 11 ay idi ki, Milli İstihbarat Təşkilatına rəhbərlik edirdi. İlk səfəri zamanı onu Prezident İlham Əliyev qəbul etmişdi. Dövlət başçısı Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın yeni vəzifədə ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə etmişdi. Yada salaq ki, o zaman Türkiyə Prezidenti Abdullah Gül, Rəcəb Tayyib Ərdoğan isə baş nazir idi.

hakan fidan.jpg (188 KB)

4 il sonra, 2015-ci ilin oktaybr ayının 8-də Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları rəhbərlərinin toplantısında Hakan Fidan da iştirak edirdi. Bu səfərindən Hakan Fidanın aralarında olduğu həmin heyəti Prezident İlham Əliyev də qəbul etmişdi. Məhz həmin vaxt konfrans iştirakçıları adından Hakan Fidan çıxış etmişdi.

Hakan Fidan 2017-ci ilin oktyabrında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilən toplantısında Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gəlmişdi.

Müharibədən bir neçə ay əvvəl 2020-ci ilin fevralında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıdakı iclasında yenə Hakan Fidanı görmək olardı.

Screenshot_1.png (457 KB)

2019-cu ilin sentyabr ayınında 5-də Bakı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları rəhbərlərinin toplantısına yenə ev sahibliyi edirdi və Hakan Fidan da tədbirdə iştirak etmək üçün Azərbaycan paytaxtına gəlmişdi. Prezident İlham Əliyev onu qəbul etmişdi.

2020-ci ildə 44 günlük müharibədə Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 10 noyabr günü də Hakan Fidan Bakıda idi. O, Türkiyənin o zamankı xarici işlər naziri Mövlud Çavuşoğlu və sabiq milli müdafiə naziri Hulusi Akarla birgə gəlmişdi. Prezident İlham Əliyev hər üç naziri qəbul etdi və 44 günlük müharibədə Azərbaycana daima dəstək olan türkiyəli nazirlərə təşəkkür etdi: “Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik”.

Screenshot_3.png (788 KB)

2020-ci ilin dekabr ayının 10-da Bakıda Zəfər günü münasibətilə keçirilən hərbi paradda Türkiyə Prezidenti Ərdoğanı müşahidə edən heyət arasında Hakan Fidan da vardı.

Yada salaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hakan Fidanla telefonla danışıb. Ceyhun Bayramov Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb.

Screenshot_2.png (473 KB)

Nazir Hakan Fidan ölkəmizə səfərə dəvət olunub.

Hakan Fidan təbriklərə və xoş sözlərə görə nazirə təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.

 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR