İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə silahları ilə bağlı ŞOK GÖSTƏRİCİ - Dünya nəyə hazırlaşır?

762 17.06.2024 12:07 Dünya A A

Nüvə silahlarına qlobal xərclər 13% artaraq 2023-cü ildə rekord həddə - 91,4 milyard dollara çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) dərc etdiyi hesabatda deyilir.

Təşkilatın hesablamalarına görə, keçən il 9 nüvə dövləti 2022-ci ilə nisbətən öz arsenallarının saxlanması və modernləşdirilməsinə 10,8 milyard dollar (13,4%) daha çox sərmayə qoyub. ICAN-ın məlumatlarına əsasən, nüvə silahları üçün ümumi xərclər 91,4 milyard dollar və ya saniyədə 2898 dollar təşkil edib.

2023-cü ildə 51,5 milyard dollar (2022-ci ildə 43,7 milyard dollar) ayıran ABŞ nüvə silahının inkişafında ən böyük investora çevrilib. İkinci yerdə keçən il nüvə silahına xərcləri 11,9 milyard dollara yüksəldən (2022-ci ildə 11,7 milyard dollar) Çin gəlir. Onu 8,3 milyard dollarla Rusiya (2022-ci ildə 9,6 milyard dollar) izləyir.

ICAN-ın məlumatına görə, son 5 ildə nüvə silahının maliyyələşdirilməsi 34% və ya 23,2 milyard dollar artıb. Bu müddət ərzində ABŞ-ın xərcləri 45%, Böyük Britaniyanın xərcləri isə 43% artıb. Nüvə arsenalına xərclərin 2024-cü ildə 100 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR