İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuru Paşanın xilas etdiyi Bakı, diriltdiyi Azərbaycan

1275 15.09.2023 10:05 Gündəm A A

"15 sentyabr 1918-ci ildə Türk ordusu Anadoludan qoşaraq, şəhidliyi, qaziliyi göz önünə alaraq, Nuri Paşanın komutanlığında yalnız Bakını işğaldan azad etmədi, bütöv bir xalqı yenidən diriltdi, onu hədəfi olan millətə çevirdi".

Musavat.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib. 

O qeyd edib ki, xəyallarınızda 105 il öncəyə dönün və özünüzü 1918-ci ilin mart soyqırımından çıxmış azərbaycanlı kimi hiss edin:

"Pərişan, miskin, ümidsiz duruma düşmüş bir xalq bu xəbərdən hansı duyğuları yaşayıbsa, bir anlığa həmin duyğuları siz də yaşayın. O zaman kimsənin qəhrəman Türk əsgəri barədə yekəxana danışmasına, hətta düşünməsinə belə izin verməyəcəksiniz. O zaman özünüzü hansısa siyasi və ya dini idolların nökəri kimi deyil, qəhrəman Nuri Paşanın əsgərləri kimi şəxsiyyətli obrazda görəcəksiniz".

Fazil Mustafa bildirib ki, Nəsib bəy Yusifbəylini öldürən cahil həmvətənlərimiz onun çantasından qızıl tapa bilmədikləri kimi, Nuri Paşanın çantasından da qızıl tapa bilməyəcəklər:

"Çünki Bakını işğaldan azad edərək məhz "qara" adlandırılan qızılı o Azərbaycan Cumhuriyyətinə qaytardı. Evimdə ən uca yerdən Nuri Paşanın xalça üzərində toxunmuş rəsmi asılmış! İndiyədək dövlət olaraq Nuri Paşanın haqqını verə bilmiriksə, bu bizim əməl dəftərimizə yazılan bir qüsurdur.  Heç olmazsa evimizdə, çevrəmizdə tanıyaq, tanıdaq, xatırlayaq.

Ruhun şad olsun, şəhid Türk əsgəri! 1400 ilin ağlayan xalqı sizin dəyərinizi, verdiyini ərməğanı bilməz! Siz 105 ilin millətinin qəhrəmanlarısınız!"

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR