İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbəti iki gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

1191 24.04.2025 17:08 Ölkə A A

Bəzi şimal və qərb rayonlarında aprelin 25-i, dağlıq ərazilərdə isə 26-sı gündüz hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR