İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar sessiya başladı: hökumət üzvləri Milli Məclisdə

1014 03.06.2025 11:16 Siyasət A A

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova deputatları, hökumət üzvlərini, Hesablama Palatasının rəhbərliyini və media nümayəndələrini salamladıqdan sonra Dövlət Himninin oxunması ilə sessiya açıq elan olunub.

İlk olaraq “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə çıxış edir.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR