İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç Quranı yandıranı deportasiya edir: Fırıldaqçı imiş...

1289 04.04.2024 22:42 Dünya A A

İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı Salvan Momika Norveçdə saxlanılıb və İsveçə geri deportasiya edilir.

Bu barədə “Aftonbladet” qəzeti Oslo Rayon Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Həbs martın 28-də Momika İsveç mediasına Norveçə sığınacaq istəmək üçün getdiyini dedikdən sonra baş verib. Norveç məhkəməsinin yazdığı kimi, “deportasiya rəsmi və praktiki tədbirlər görülən kimi həyata keçiriləcək”.

Fevralın əvvəlində İsveç Miqrasiya Məhkəməsi Momikanın onu deportasiya etmək barədə Miqrasiya Agentliyinin qərarından şikayətini rədd edib. Məhkəmənin qərarı onun İsveçdə yaşamaq icazəsini ləğv edir. Onun 5 il müddətinə ölkəyə girişi də qadağan edilib.

2023-cü ilin oktyabrında Miqrasiya Agentliyi Momikanın ərizəsində özü haqqında yanlış məlumat verdiyini əsas gətirərək onun yaşayış icazəsini yeniləməkdən imtina edib. Ona ilkin olaraq İşgəncələr Konvensiyasına əsasən İsveçdə qalmağa icazə verilmişdi.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR