Avtomobilin nömrəsinə müdaxilə edən sürücü cəzalandırılıb.
Baş DYP İdarəsindən bildirilib ki, "Toyota Prius" markalı 77-DC-247 nömrə nişanlı avtomobilin seriyasında C hərfini O edərək cərimələrdən yayınmağa çalışan sürücü müəyyən edilib. Sürücü Bəhruz Məmmədov yol polisi tərəfindən məsuliyyətə cəlb edilib.
DYP-dən bildirilib ki, B.Məmmədov barəsində 050-8000-902 whatsapp nömrəsinə gələn müraciət əsasında tədbir görülüb: "Belə hallara yol verən şəxslər barəsində ciddi tənbeh tədbirləri davam etdiriləcək".
![](https://qafqazinfo.az/uploads/1701952292/407973690_322049664111354_2573938375411626762_n.jpg)