İnsanlara hürriyət, millətlərə istiqlal!

Nizami rayonunda aktiv seçki prosesi keçirilir - FOTO, VİDEO

512 07.02.2024 13:45 Gündəm A A

Nizami rayonunda yerləşən 24 saylı Nizami l seçki dairəsinin 11 saylı seçki məntəqəsində aktiv seçki prosesi keçirilir.

Musavat.com bildirir ki, günorta saatlarında seçki aktivliyi daha da fəallaşıb.

Seçki məntəqəsinin sədri Mətanət Cabbarlı qeyd edib ki, həm səhər, həm də günorta saatlarında seçkilər məntəqəyə axın edir, öz seçki hüququndan istifadə edərək səs verirlər:

"Seçki məntəqəmizin 1446 seçicisi var. Onlardan bir nəfəri vəfat edib. Saat 13:30-a qədər 640 nəfərə yaxın seçici səsvermədə iştirak edib".

Xalidə Gəray
Musavat.com
Video və fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR