Müğənni Niyam Salami restoran biznesini bağlayıb.
Bir müddət əvvəl restoran işi üçün Gəncəyə köçən sənətçi artıq Bakıya qayıdıb. Bu haqda "Günə bax" proqramında danışan ifaçı problemlərdən yorulduğunu bildirib:
"Bezmişdim. Elə bilirlər Niyam Salaminin adı varsa, hər yerdə onun adını çəkməliyəm. Mən səhnəyə cavabdehəm. Problemləri daşıya bilmirəm. Ona görə də uzaqlaşdım". (Axşam.az)






