İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikki Heyli bu gün seçki yarışından çəkilmək qərarı verə bilər

384 06.03.2024 12:50 Dünya A A

ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli bu gün Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq uğrunda apaarılan yarışdan çəkilməsi barədə qərar verə bilər.

Musavat.com xəbər verir ki, bu barədə CNN Heylinin adı açıqlanmayan maliyyə sponsoruna istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Heylinin seçki qərargahı maliyyə donorlarına xəbər verib ki, o, çərşənbə axşamı günü yarışdan geri çəkilməsə də, çərşənbə günü "planlar və gələcək addımlar haqqında qərar verə bilər".

Martın 5-də amerikalı politoloq Malek Dudakov bildirib ki, Heylinin prezident seçkilərində qalib gəlmək şansı faktiki olaraq yoxdur. O, Heylinin ilk bir neçə praymerizdə uduzduğunu xatırladıb və Kolumbiya dairəsinin (Vaşinqton ştatı) qalib gəldiyi yeganə ərazi olacağını qeyd edib.

Həmin gün Tramp Şimali Dakotadakı kokuslarda respublikaçı fəalların görüşlərində qalib gəlib. Səslərin 99%-dən çoxuna görə, eks-prezident seçicilərin 84,6%-nin (1632 səs) dəstəyini qazanıb.

Bundan əvvəl, fevralın sonunda Tramp Cənubi Karolinada keçirilən praymerizdə də qalib gəlib. CNN-in məlumatına görə, bülletenlərin 99 faizi hesablandıqdan sonra o, demək olar ki, 60 faiz, rəqibi Heyli isə 39,5 faiz səs toplayıb. Keçmiş Amerika lideri fevralın 25-də Cənubi Karolinada belə inamlı qələbəyə təəccübləndiyini bildirib. (Cənubi Karolina N.Heylinin vətənidir).

Öz növbəsində, Heyli daha sonra martın 3-də Kolumbiya dairəsində respublikaçıların praymerizində ilk qələbəsini qazanıb. Səslər hesablandıqdan sonra məlum olub ki, o, səslərin 63%-ni, Tramp isə 33%-ni qazanıb.

Növbəti, 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Avqust-sentyabr aylarında partiyaların qurultayları keçirilməli, hər partiyadan bir namizəd rəsmən təsdiqlənməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR