İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland millisinin yeni baş məşqçisi təsdiqlənib

732 23.01.2023 22:59 İdman A A

Ronald Kuman Niderland millisinin yeni baş məşqçisi kimi təsdiqlənib.

“Report” Niderland Kral Futbol Federasiyasının (KNVB) rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis komandada fəaliyyətə başlayıb.

Yenidən yığmanın “sükanı arxasına” keçən Kumanla 2026-cı ilədək müqavilə imzalanıb. Bu postda Lui Van Qalı əvəzləyən niderlandlı məşqçi ilk mətbuat konfransında hədəflərinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq və orada uğur əldə etmək olduğunu bildirib.

Qeyd edək ki, Ronald Kuman 2018-2020-ci illərdə Niderland yığmasına rəhbərlik edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR