İnsanlara hürriyət, millətlərə istiqlal!

Neymar Ronaldonun yolula getdi - 2 ildə 180 milyon avri maaş alacaq

956 14.08.2023 17:24 İdman A A

"Paris Sen-Jermen"in hücumçusu Neymar karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək - braziliyalı artıq "Əl-Hilal"la müqavilə imzalayıb.

Musavat.com cəbər verir ki, bu barədə L'Equipe məlumat yayıb. Mənbənin sözlərinə görə, müqavilə daha bir mövsüm uzadılması ehtimalı ilə iki il müddətinə nəzərdə tutulub.

"Foot Mercato"nun məlumatına görə, yaxın saatlarda braziliyalı yeni kluba keçidini rəsmiləşdirmək üçün Parisdə tibbi müayinədən keçəcək. Neymarın bu həftə Ər-Riyadda "Əl-Hilal"a keçəcəyi gözlənilir.

Daha əvvəl PSJ və Əl-Hilalın Neymarın transferi ilə bağlı razılığa gəldiyi bildirilirdi. Parislilər braziliyalı hücumçu üçün 60 milyon avro ödəyəcəklər. Futbolçunun özü isə yeni komandasında iki il ərzində 180 milyon avro alacaq.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədər hesablanıb. 2022/23 mövsümündə 31 yaşlı braziliyalı parislilərin heyətində bütün yarışlarda 29 matçda iştirak edib, 18 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR