İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Mərvan Bərqutinin azad edilməsini istisna edib

614 06.10.2025 14:55 Dünya A A

İsrailin Baş naziri Binyamin Netanyahu fələstinli siyasi xadim, FƏTH hərəkatının üzvü Mərvan Bərqutinin Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı razılaşma çərçivəsində azad edilməyəcəyini bəyan edib.

Bu barədə "Kanal-12" mənbələrə istinadən bildirib.

Məlumata görə, İsrail hökumətinin başçısı bunu bazar günü milli təhlükəsizlik naziri İtamar Ben-Qvirlə görüşü zamanı deyib.

Danışıqlar zamanı B.Netanyahu təsdiq edib ki, "Bərquti başda olmaqla terrorizmin simvolları" HƏMAS-la razılaşmanın icrasının heç bir mərhələsində yer almayacaq.

Mənbələr həmçinin bildirir ki, görüşdə Ben-Qvir baş nazirə sülh planının mümkün həyata keçirilməsinə hazırlıq məqsədilə bir sıra tələblər təqdim edib.

Mərvan Bərquti Fələstin müqavimətinin əsas simvollarından biri hesab edilir və 2002-ci ildən İsrail həbsxanasında saxlanılır. İsrail məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR