İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu İSTEFA ilə hədələndi

628 27.03.2023 13:49 Son xəbər A A

İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatları ilə bağlı parlamentə təqdim edilən qanun layihəsini geri çəkməyə hazırlaşmır.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Haaretz” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, buna kabinetdəki ultramühafizəkarların ciddi müqaviməti səbəb olub. Belə ki, ölkənin ədliyyə və milli təhlükəsizlik nazirləri məhkəmə islahatlarının dayandırılacağı təqdirdə onu istefa ilə hədələyiblər. Bu səbəbdən baş nazir ikinci dəfə ölkədəki vəziyyətlə bağlı ümumxalq çıxışını qeyri-müəyyən müddətə təxirə salıb.

Halbuki bu gün səhər saatlarında İsrail mediası baş nazirin müdafiə naziri Yoav Qalantın istefası fonunda yaranan vəziyyətə görə videomüraciət etmək niyyətində olduğunu xəbər etmişdi.

İsraildə ölkənin hüquq sistemində islahatlara qarşı on minlərlə insanın iştirak etdiyi etiraz aksiyası on ikinci həftədir ki, davam edir. Təklif olunan qanunlar paketi Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdırmağı və hakimlərin təyinatına nəzarətin hökumətə verilməsini nəzərdə tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR