İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: “İsrail HƏMAS-a maksimum hərbi təzyiq göstərməyə davam edəcək”

339 17.12.2023 10:27 Dünya A A

İsrail Qəzza zolağında saxlanılan girovların geri qaytarılmasını təmin etmək və terrorçular üzərində qəti qələbəyə nail olmaq üçün Fələstinin radikal HƏMAS hərəkatına maksimum hərbi təzyiq göstərmək siyasətini davam etdirəcək.

"Report"un "Yedioth Ahronoth" nəşrinə istinadən verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu fövqəladə hərbi kabinet üzvləri - müdafiə naziri Yoav Qalant və keçmiş müdafiə naziri Benni Qantsla birgə mətbuat konfransı zamanı deyib.

"Hərbi təzyiq həm girovları qaytarmaq, həm də qələbəyə nail olmaq üçün lazımdır. Yalnız bu, bütün məhbuslarımızın azad edilməsinə səbəb olacaq. Bunsuz bizdə heçnə alınmayacaq", - Netanyahu deyib.

Öz növbəsində müdafiə naziri də İsrailin HƏMAS-a hərbi təzyiqi davam etdirməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hərbçilər səy göstərməsəydilər, “heç nə olmazdı”: “Biz aylarla gözləyə bilərdik və girovlardan heç biri geri qayıtmayacaqdı”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR