İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"

351 04.06.2026 16:39 Şou-biznes A A

Əməkdar artist Nüşabə Ələsgərli açıqlaması ilə diqqət çəkib.

Müğənni qatıldığı televiziya proqramında sahibkarlıq fəaliyyəti barədə danışaraq ailəsində bizneslə məşğul olan yeganə şəxs olduğunu bildirib.

"Nəslimizdə iş adamı olan yalnız mən olmuşam", - deyə sənətçi qeyd edib.

Ələsgərli hazırda da biznes fəaliyyətini davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi sahədə müəyyən dəyişikliklər etsə də, sahibkarlıqdan uzaqlaşmayıb.

Müğənni biznesin həyatının vacib hissəsinə çevrildiyini bildirərək, yalnız sənətlə kifayətlənmədiyini də dilə gətirib.

Qeyd edək ki, Nüşabə Ələsgərli bir müddət əvvəl gözəllik sahəsində də fəaliyyət göstərib və sahib olduğu gözəllik salonu ilə gündəmə gəlib.

Sənətçinin bizneslə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR