İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəriman Həsənzadənin SON DURUMU AÇIQLANDI

1126 02.07.2026 14:49 Ölkə A A

Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Mərkəzi Klinikadan Musavat.com-a bildirilib ki, şairin vəziyyəti ağır stabil olaraq qalır. Hazırda onun kompleks müalicəsi davam etdirilir.

Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost isə Musavat.com-a açıqlamasında bildirib ki, həkimlər şairin vəziyyətini diqqətdə saxlayırlar:

"Nəriman bəyə verilən yuxu dərmanları dayandırılıb. Huşunun özünə gəlməsini gözləyirik. Həkimlər deyirlər ki, səbirlə gözləyək".

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR