İnsanlara hürriyət, millətlərə istiqlal!

Nərgiz Məhəmmədi mühakimə olunacaq

566 18.12.2023 17:42 Dünya A A

Güneyli siyasi məhbus, hüquq müdafiəçisi və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədinin mükafatını aldıqdan sonra ilk məhkəməsi dekabrın 19-da İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı bildirib.

Məlumata görə, Nərgiz Məhəmmədi dekabrın 10-da Nobel Sülh Mükafatının verildiyi gün Tehrandakı Evin zindanının idarəsinə çağırılıb və ona mühakimə olunacağı bildirilib.

Qeyd olunub ki, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin tələbi ilə siyasi və təhlükəsizlik məsələləri səbəbi ilə onun məhkəmə iclası Tehrandan kənarda keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR