İnsanlara hürriyət, millətlərə istiqlal!

Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb

427 18.09.2022 14:55 Hadisə A A

Nepalın qərbində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, paytaxt Katmandudan 450 kilometr aralıda yerləşən Açxam rayonunda baş verən təbii fəlakət nəticəsində azı 10 nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər, hərbçilər və könüllülər çalışırlar.

Qonşu Kailali rayonunda 1 500-ə yaxın insan daşqın səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Daha əvvəl yerli hakimiyyət 14 nəfərin öldüyünü bildirmişdi.

Rəsmi məlumatlara görə, bu il ölkə üzrə daşqınlar və sürüşmələr nəticəsində azı 70 nəfər ölüb, 13 nəfər itkin düşüb. İyun ayından sentyabr ayına qədər musson yağışları nəticəsində yaranan təbii fəlakətlər Nepalda hər il insan itkisinə səbəb olur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR