İnsanlara hürriyət, millətlərə istiqlal!

Nensi Pelosi Baydenin qələmini qırdı - qoca Co geri çəkilir

1638 19.07.2024 18:34 Dünya A A

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi qanunverici orqanın aşağı palatasında demokratlara bildirib ki, Co Baydeni tezliklə prezidentlik yarışından geri çəkilməyə razı sala bilərlər.

Musavat.com xəbər verir ki, bu barədə Demokratlar Partiyasındakı mənbələrə istinadən "The Washington Post" (WP) məlumat yayıb.

Mənbələr bildiriblər ki, keçmiş spiker partiya üzvlərinə Baydenin noyabrda qalib gəlmək şansına dair ciddi şübhələr fonunda tezliklə seçkidən kənarlaşdırıla biləcəyini deyib. Partiya daxilində hələ də əhəmiyyətli təsirə malik olan Pelosi prezidentin yenidən seçilməkdən imtina etməyə yaxın olduğuna inandığını bildirib.

Konqresdəki mənbələrin bildirdiyinə görə, Pelosi dəfələrlə Ağ Evdə siyasi böhranı müzakirə etməyə və onu aradan qaldırmaq yollarını axtarmağa hazır olduğunu bildirib. Partiya üzvləri ilə görüşlər zamanı o, əsas Demokratik bölgələrdə səsvermə məlumatları və Baydenə ictimai dəstək haqqında ətraflı qeydlər aparıb. Mənbələrin bildirdiyinə görə, ABŞ-ın hazırkı prezidenti ilə son söhbətində keçmiş spiker ona sorğunun nəticələrinin Bayden üçün onun düşündüyü qədər ümidverici olmadığını bildirib.

Xatırladaq ki, daha əvvəl "Axios" portalı Baydenin Konqres liderləri, Demokratlar Partiyasının üzvləri və yaxın dostlarının artan təzyiqləri səbəbindən iyulun 20-21-də seçki yarışından çıxdığını elan edə biləcəyinə dair məlumat yaymışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR