İnsanlara hürriyət, millətlərə istiqlal!

NƏHAYƏT: Paşinyan tutduğunu "kəsir" - keşiş Baqratın adamlarına cinayət işi başladıldı

835 17.06.2024 13:02 Dünya A A

İyunun 12-də İrəvanın Baqramyan prospekti ilə Dəmirçyan küçəsinin kəsişməsində keçirilən etiraz aksiyasında iştirak edən 12 nəfərə qarşı kütləvi iğtişaşlarda iştiraka görə cinayət işi başlanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq komitəsi məlumat yayıb.

Qurumdan yayılan informasiyaya əsasən, iyunun 12-də parlament binası yaxınlığında baş verən qarşıdurma zamanı bir qrup etirazçı şüşə və müxtəlif əşyalar ataraq polis kordonunu yarmağa cəhd edib.

Erməni polisi xəbərdarlıqdan sonra növbəti oxşar hərəkətlərin qarşısını almaq üçün xüsusi tədbirlər görüb. Lakin bir qrup etirazçı yenə də polisin qanuni tələblərinə tabe olmayaraq xuliqanlıq ediblər.

“Keçirilən istintaq-əməliyyat tədbirləri zamanı qeyd olunan cinayət əməllərini törətmiş 12 nəfərin əməlləri müəyyən edilib. Məhkəməyə verilmiş vəsatətlərə əsasən, 8 nəfər barəsində həbs qətimkan tədbiri, daha iki nəfər barəsində isə ev dustaqlığı seçilib”,-deyə xəbərdə bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR