İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin vitse-prezidenti vəzifəsindən ayrıldı

672 25.09.2023 14:27 İdman A A

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.

Bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.

Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib:

“Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!”

Qeyd edək ki, Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunub. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR