İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"nin rəqibi "Beşiktaş" oldu

1039 04.08.2023 02:16 İdman A A

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

"Report"un məlumatına görə, "ağ-qaralar" növbəti raundda Türkiyə "Beşiktaş"ı ilə üz-üzə gələcək.

İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Albaniyada "Tirana"ya 2 cavabsız qolla qalib gəlib. İlk matçda da rəqibini məğlub edən (3:1) "qara qartallar" iki matçın nəticəsinə əsasən mərhələ adlayıblar.

Qeyd edək ki, III raundun qarşılaşmaları 10-17 avqustda olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR